Accessibility links

ABŞ-ın İslam Dövləti qrupuna qarşı döyüşlərdə İraqa dəstəyinin növbəti mərhələləsinin 6-8 həftə ərzində başlaması nəzərdə tutulur.

Ağ Ev militant qrupa qarşı döyüşlərdə İraqa yardım məqsədi ilə əlavə 450 hərbi məsləhətçisini bölgəyə göndərəcəyini elan edib.

Ağ Ev bildirib ki, komanda hazırda İraqda olan 3100 ABŞ hərbi təlimçisinə qoşulacaq.

İraqın baş naziri Heydər Əl-Əbədi daha çox amerikalıların göndərilməsini istəyib və Pentaqon da həmçinin bunu tövsiyə edib.

Prezident Obama deyib ki, İraq öz hərbi qüvvələrinin təlimlərini və onların silahlandırılmasını sürətləndirməlidir.

Respublikaçı konqresmenlər prezidentin İraq və İslam Dövləti qrupu məsələsinə yanaşmasını tənqid etmişdi.

XS
SM
MD
LG