Accessibility links

ABŞ öz qoşunlarını möhlət bitdikdən sonra belə İraqda saxlaya bilər


ABŞ öz qoşunlarını möhlət bitdikdən sonra belə İraqda saxlaya bilər

ABŞ öz qoşunlarını möhlət bitdikdən sonra belə İraqda saxlaya bilər

Hal-hazırkı razılığa əsasən ABŞ qoşunları 2011-ci ilin sonunadək İraqı tərk etməlidir

ABŞ müdafiə naziri bildirib ki, İraq liderləri istəyirlərsə ABŞ öz qoşunlarını möhlət bitdikdən sonra belə İraqda saxlaya bilər. Robert Geyts bunu Malayziya müdafiə naziri ilə görüşündən sonra bu gün müxbirlərlə Kuala Lumpurdakı müsahibəsində bildirib. Hal-hazırkı razılığa əsasən ABŞ qoşunları 2011-ci ilin sonunadək İraqı tərk etməlidir. Artmaqda olan zorakılıqlar ABŞ və İraq rəsmilərini razılığı bir daha nəzərdən keçirməyə məcbur edir. Lakin Geyts deyib ki, müraciət hakimiyyətdə olan İraq hökumətindən gəlməlidir. İraqlılar mart ayında yeni hökumət təyin etmək üçün səsvermədə iştirak etdilər. Lakin heç bir blok böyük fərqlə üstünlük qazana bilmədi. Ölkənin aparıcı siyasi partiyaları səkkiz ay sonra da hökumətin təşkili üzərində razılığa gələ bilməyiblər. İraq siyasətçiləri artıq ikinci gündür ki, aralarındakı mövqe fərqlərini aradan qaldırmaq üçün görüşlərini davam edirlər.

XS
SM
MD
LG