Accessibility links

İŞİD-in hücumu ABŞ əsgərinin həyatına son qoyub


ABŞ-ın xüsusi dəniz qüvvələrinə məxsus əsgər İslam Dövləti qrupunun kürd peşmərgələrə qarşı həyata keçirdiyi hücum zamanı həlak olub.

Pentaqonun mətbuat katibi Piter Kuk bildirib ki, hərbi xidmətdə olan əsgər kürd qüvvələrinə təlim keçmək üçün Mosul şəhərində olub.

Açıqlanan bəyanatda deyilir ki, hadisə İŞİD terrorçu qrupunun Peşmərgə qüvvələrinə qarşı hücuma keçməsi nəticəsində baş verib.

Güllə yarası alan əsgər müalicə üçün döyüş bölgəsindən uzaqlaşdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

2014-cü ildən bəri ABŞ koalisiya qüvvələrinin İraqda apardığı əməliyyatlar nəticəsində üç ABŞ əsgəri həlak olub.

XS
SM
MD
LG