Accessibility links

İŞİD terror qruplaşmasının sinir sistemi və beyin mərkəzini vurmaq məqsədilə ABŞ-ın xüsusi əməliyyatçı heyəti bir neçə həftə ərzində əraziyə yerləşdirilə bilər.

ABŞ müdafiə naziri Eşton Karter Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi qarşısında verdiyi ifadəsində ilk öncə yeni qüvvələrin yerləşdiriləcəyini bildirib.

"Bizim addımlarımız çərçivəsində koalisiya tərəfdaşlarımızla birgə hərbi kampaniya İŞİD rəhbərliyini və qüvvələrini məhv edəcək. Məqsəd həm də qruplaşmanın mobil hərəkətlərinin, sığınacaqlarının və mənbələrinin qarşısını almaqdır. Bununla yanaşı biz yerli qüvvələri İŞİD-i bölgədən uzaqlaşdırmasına çalışırıq" - deyə müdafiə naziri deyib.

"Xüsusi təyinatlı qüvvələr" təxminən 200 nəfərlik persinaldan ibarət olacaq və qarşıdakı bir neçə həftə ərzində İraqda yerləşdiriləcək. Bu məlumatı planla tanış olan rəsmilər bildiriblər.

Bu addım oktyabr ayında açıqlanan plana əsaslanır. Belə ki, plana görə İŞİD-lə döyüşən müxalif qruplara yardım üçün 50-yə yaxın xüsusi təyinatlı göndərilməlidir. Bu qüvvələr fəaliyyətə başlamaq üçün hazırlıqları davam etdirdiyi bir vaxt ABŞ rəsmiləri bildirib ki, bu addımın atılması üçün tam düzgün zaman seçiblər.

XS
SM
MD
LG