Accessibility links

ABŞ-da Əmək Günü qeyd edilir


Bayram günü insanlar ailə üzvləriylə birlikdə yay fəslinin başa çatmasını qeyri-rəsmi şəkildə qeyd edirlər

Amerikalılar bu gün əmək bayramını qeyd edir. Amerika həmkarlar ittifaqının işçiləri bayram günündə tez-tez ailə üzvləri ilə birlikdə yay fəslinin başa çatmasını qeyri-rəsmi şəkildə qeyd edirlər.

“Zəhmətkeşlər günü” 1894-cü ildən etibarən hər il sentyabr ayının ilk bazar ertəsi günü ABŞ-da rəsmi bayram günü kimi qeyd olunur. Ölkənin sənaye mərkəzləri illər boyunca bu bayramı tez-tez irimiqyaslı paradlar təşkil etməklə qeyd ediblər.

Lakin texnologiyanin inkişafı və dünya iqtisadiyyatının qloballaşması ilə ABŞ-da əməkçi hərəkatı kəskin şəkildə azalıb. İllər boyu həmkarlar ittifaqları tərəfindən tələb olunan ən fundamental haqlar, beşgünlük iş cədvəli, işçilərin tibb və məzuniyyət xərclərinin işə götürən tərəfindən qarşılanması kimi haqlar artıq uzun müddətdir ki, ABŞ-da iş yerlərinin böyük əksəriyyətində tətbiq olunur.

Hələ də ABŞ-dakı korporasiyaların çoxu fəal şəkildə işçilərin təşkilatlanmasına qarşı çıxır. İndi ABŞ işçi qüvvəsinin yalnız səkkizdə biri həmkarlar ittifaqının üzvləridir, bu 30 il əvvəllki göstəricinin yarısını təşkil edir. Hazırda həmkarlar ittifaqlarına üzv olanların çoxu, işçi hərakatlarının başladığı tozlu fabriklərdə deyil, yerli, ştat və federal hökümətdə yaxşı işlərdə çalışırlar.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG