Accessibility links

Obama administrasiyası Suriya üsyançı qüvvələrinə İŞİD terror qruplaşması ilə müharibədə təlimlər keçmək səylərini dayandıraraq strategiyasını etibarlı müxalifət liderləri və bloklarının seçilməsinə və onları təchizatlarla təminatına dəyişir.

"Biz bu qrupların əldə etdikləri nailiyyətləri müşahidə edəcəyik və onlar İŞİD-lə mübarizəni davam etdirdiyi müddətdə havadan dəstəklə təmin edəcəyik" - deyə Pentaqonun bəyanatında bildirilir: "Təchizatlandırma və bizə Suriyada İŞİD-lə mübarizədə əldə olunan nailiyyətlərin daha da gücləndirilməsinə imkan yaradacaq".

Bəyanatda əvvəl müəyyən edilmiş 500 milyon dollrlıq təlim mötədil Suriya qüvvələrinin silahla təmin edilməsi proqramının çətinlikləri etiraf olunur. Proqram yalnız İŞİD-ə qarşı döyüşlərə qoşulan nəzarətdən çıxmış üsyançılar istehsal edib.

"Mən əvvəlki proqramdan razı deyildim" - deyə Karter bildirib. Onun sözlərinə görə, ABŞ müxtəlif yanaşmalar arasında qalmışdı.

XS
SM
MD
LG