Accessibility links

ABŞ İslam Dövlətinin əsas döyüşçülərindən birini öldürüb


Pentaqonun verdiyi məlumata görə, İslam Dövləti qrupunun Tunisdən olan yüksək rütbəli döyüşçüsü ABŞ-ın Suriyaya dron hücumu nəticəsində ölüb. Tariq Bin Tahar Əl-Əvni Əl-Harzi İslam Dövləti qrupu üçün pul toplamağa yardım göstərir, xaric döyüşçülərin gətirilməsinə nəzarət edirdi və ABŞ Dövlət Departamenti onu "İntiharçı hücumları əmiri" elan etmişdi.

Pentaqon sözçüsü kapitan Ceff Deyvis deyib ki, Əl-Harzi iyunun 16-sı Şəddadidə ABŞ-ın hava hücumu zamanı ölüb.

Deyvisin sözlərinə görə, Əl-Harzinin ölümü İslam Dövləti qrupunun xarici döyüşçüləri regiona aparıb-gətirmək qabiliyyətini sarsıdacaq.

ABŞ Əl-Harzinin keçən il rəsmən terrorçu elan edib.

ABŞ Maliyyə Nazirliyi Əl-Harzi və İslam Dövləti, eləcə də Nüsrə Cəbhəsi cihadçı qruplarına qoşulan xarici döyüşçüləri regiona gətirən və onları maliyyələşdirən 7 başqa fərdə qarşı maliyyə sanksiyaları tətbiq edib.

Hər iki qrup Suriyada koalisiya qüvvələrinin hava hücumlarının hədəfi olmaqdadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG