Accessibility links

Jurnalistika dünyada ən təhlükəli peşədir


Bazar günü Əfqanistanın cənubunda NPR radiosunun jurnalisti və tərcüməçisinin ölümü bir daha sübut edib ki, jurnalistlik dünyada ən təhlükəli sənətlərdən biridir. Bəzi jurnalistlər müharibə zonalarında təsadüfən həyatlarını itirir, münaqişə barədə xəbər hazırlayarkən cinayətkarların və ya terrorçuların hədəfinə məruz qalırlar. Keçən il dünyada 70-dən çox jurnalist öldürülüb. Vaşinqtonda keçirilən tədbirdə həyatlarını itirən jurnalistlər mükafata layiq görülüb.

Jurnalistlərə həsr olunmuş Vaşinqtonun Nyuseum institutu 2015-ci ildə xəbər hazırlayarkən həlak olan 11 ölkədən olan 20 qadın və kişini mükafatlandırıb.

Cefri Herbst: “2015-ci il jurnalistlər üçün faciəli keçib və həlak olanları təmsil etmək üçün biz hər zaman olduğundan daha çox jurnalisti seçmişik.”

Həlak olan 20 jurnalistin adı 1837-ci ildən bəri vəzifə başında həlak olan jurnalistlər üçün düzəldilmiş 2300 xəbər agentliyinin üzvlərinin adlarının yazıldığı Xatirə Lövhəsinə əlavə edilib.

Səkkiz jurnalist Fransada çap olunan satirik jurnal Çarli Hebdo-ya hücum zamanı öldürülüb. Fransanın ABŞ-dakı səfiri tədbir iştirakçılarına mətbuat azadlığını terrorismlə mübarizədə boğulduğunu xatırladıb.

Gerard Araud: “Fransa mətbuat azadlığını sadəcə sözlərdə ifadə etmir. Bunu reallaşması üçün səy göstərir. Biz buna görə bu prinsipləri qorumaq üçün fərqli yollardan istifadə edirik.”

Terroristlər və bəzi dövlətlər məlumatların yayılmamasına nəzarət etmək üçün jurnalistləri öldürürlər. Birləşmiş Ştatlarda jurnalistlər daha çox fərdi hücumların qurbanına çevrilir. Viçita-nın jurnalisti Cozef Qoulart 1976-cı ildə snayperlə öldürülüb. Onun qızı Viki Horton Nyuseum-da keçirilən tədbirdə iştirak edib.

Viki Horton: “Bu onun xatirəsinə hötmətlə yanaşmaq deməkdir. Bu insanlar bizim üçün çox şey ediblər, sadəcə Amerikada deyil, bütün dünyada. Mən onu qəlbimdə yaşadıram.”

Alison Parker və kameraman Adam Vard yerli televiziya üçün Virciniyada canlı xəbər hazırlayarkən vurularaq öldürülmüşdü. Cinayətkar qətl hadisəsini videoya çəkərək sosial medyada paylaşmışdı. Parkerin atası deyir ki, silahlara nəzarət kampaniyası ona ümidsizliklə mübarizə aparmağa kömək edib.

Andi Parker: “Mən istərdim burda olmayım və burda olmağım üçün heç bir səbəb olmasın”.

Mükafata layiq görülən digər jurnalistlər Banqladeş, Braziliya, Konqo Respublikası, İraq, Meksika, Pakistan, Somali, Suriya və Türkiyədəndir.

XS
SM
MD
LG