Accessibility links

Kaliforniya ştatında meşə yanğınları vüsət alıb [Video]


Kaliforniya ştatında meşə yanğınları vüsət alıb
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Yanğınsöndürənlər Kaliforniyada görünməmiş meşə yanğınlarını nəzarət altına almağa çalışır. Yanğın 40 min hektar ərazini əhatə edib, yüzlərlə ev və biznes obyektinin dağılmasına səbəb olub. Ştat sakinləri keçən həftə sonu Kaliforniya paytaxtı Sakramento şəhərinin şimalına köçürülüb. Bəzi sakinlər çətinliklə yanğından qaça bilib.

Kimberli Harper: "Biz qaçdığımız zaman arxamızda oddan sədd vardı. Bu, həyatımızda baş vermiş ən dəhşətli hadisədir. Mən hələ də şokdayam.”

Rəsmilər deyir ki, yanğına nəzarət etmək çətindir. Çünki külək yanğını fərqli istiqamətlərə yayır və qatı üstü havadan müdaxilənin qarşısını alır.

Skot MakLin: “Belə görünür ki, inversiya təbəqəsi qalxa və tüstü oradan çıxa bilər.. Lakin bunun əksi də baş verə bilər, günəş şüalarının istisi yanğının yayılmasına səbəb ola bilər.”

Dörd yanğınsöndürən ikincə dərəcə yanıq səbəbi ilə xəstəxanaya aparılıb. Kaliforniya qubernatoru Cerri Broun təbii fəlakətin təsirinə məruz qalmış ərazilərdə fövqaladə vəziyyət elan edib. O deyib ki, bu, ştatda baş verən ən güclü yanğındır. Belə ki yay aylarında temperature artır.

Cerri Broun: “Hər il quraqlığı nəzərə alsaq, vəziyyət çox pisdir. Ətraf qurudur və yanğınlar gözlənilmədən vüsət alır.”

Kaliforniyada bir neçə yerdə yanğın baş verib. Lakin Sakramento şəhərinin qərbindən 160 km uzaqlıqda yerləşən vadidəki yanğınlar və təxminən 160 km. şərqdə keçən həftə Batte yanğını nəticəsində ciddi zərər dəyib. Yanğınların yaxın günlərdə söndürüləcəyi ilə bağlı ümidlər azdır və infrastruktur, su və elektrik təchizatının pozulmasına görə ərazidə bərpa işlərinin daha çox uzun vaxt aparacağı gözlənilir.

XS
SM
MD
LG