Accessibility links

BŞ dövlət katibi Azərbaycan xarici işlər nazirinə zəng etməyib

ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan Xarici İşlər Nazirinə telefon zəngi barədə məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Turan agentliuinə ABŞ səfirliyinin mətbuat xidmətindən Kerrinin NDİ və ATƏT ofisi ilə bağlı xarici işlər naziri Elmar Məmmədyarovdan xahiş etməsini iddia edən Azərbaycan agentliklərindən birinin uydurmasını şərh edərkən bildiriblər.

“Dövlət Departamenti və Con Kerrinin şəxsi ofisi zəng haqqında məlumatları təkzib edir”, deyə səfirliyin mətbuat xidmətindən bildiriblər.

Axşama doğru Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti də təkzib yayaraq, ABŞ dövlət katibliyindən zəng olunmadığını bəyan edib.
XS
SM
MD
LG