Accessibility links

Şimali Koreya iki ballistik raketini sınaqdan keçirib. ABŞ və Cənubi Koreya hərbi rəsmilərinin bildirdiyinə görə raketlərdən birinin sınağı uğursuzluqla nəticələnib.

3000-4000 km. arası məsafəni qət edə biləcək orta mənzilli raketlər çərşənbə günü səhər saatlarında sınaqdan keçirilib. Musudan adlanan raketlərin Yaponiya və Çin, həmiçinin ABŞ-ın Asiya və Sakit okean hövzəsidəki hərbi bazalarına qədər məsafəni qət edə bilmək qabiliyyətinə malik olduğu təxmin edilir.

Şimali Koreya aprel ayında buna bənzər rsketləri üç dəfə sınaqdan keçirmiş və bu sınaqlar uğursuzluqla nəticələnmişdi.

Yaponiya raket sınağının keçirilməsindən sonra hərbi dəniz qüvvələri və Patriot raketlərdən müdafiə sistemini hazır vəziyyətə gətirib.

Cənubi Koreya prezidenti Park Qeun-hye roket sınaqlarına son qoyulmasına və Pxyenyanı təmkin göstərməyə çağırıb.

ABŞ Dövlət departamentinin sözçüsü Con Körbi raket sınaqlarını tənqid edib və bildirib ki, Birləşmiş Ştatlar təhrikedici addımlara görə artan narahatlıqları BMT səviyyəsində bildirməyi planlaşdırır.

XS
SM
MD
LG