Accessibility links

ABŞ Liviyada İŞİD-in mövqelərini vurub


Vaşinqton hava zərbələrinin davam etdiriləcəyini bildirir

Pentaqonun bazar ertəsi yaydığı məlumata əsasən ABŞ hərbi qüvvələri İŞİD-in Liviyada yerləşən mövqelərini bombalayıb.

​Prezident Obama hücum əmrini Liviyanın Milli Barışıq Hökumətinə yardım məqsədi ilə verib. Hücum təklifi Mudafiə naziri Eş Karter və Birgə Qüvvələrin Heyət generalı Co Dunford tərəfindən hazırlanıb.

Raqqa nüvədirsə, parçalanmış nüvəyə ən yaxın nöqtə Sirtedir
Maykl Franken

Pentaqonun yaydığı bəyanatda Sirte şəhərində yerləşən İŞİD mövqelərini hədəf alan ABŞ hava hücumlarının Liviyanın Milli Barışıq Hökumətinin “qəti strateji üstünlüyünü” təmin etmək və Liviyada hökm sürən sabitliyə İŞİD-in müdaxilə etməsinə imkan verməmək məqsədi ilə davam etdiriləcəyi deyilir.

İŞİD Sirtedə bir ildən artıqdır ki, möhkəmlənməyə çalışır. ABŞ-ın Afrika üzrə Hərbi Əməliyyatlar komandiri vitse-admiral Maykl Franken keçən il Ştutqartda Amerikanın Səsinə verdiyi müsahibədə "Raqqa nüvədirsə, parçalanmış nüvəyə ən yaxın nöqtə Sirtedir,” deyə bildirmişdi.

Bazar ertəsi baş verən hava hücumu ABŞ-ın Liviyada bu il həyata keçirdiyi ikinci analoji əməliyyatdır.

Fevral ayında ABŞ təyyarələri Tunislə sərhəddə İŞİD düşərgəsinə zərbələr enidərərək onlarla ekstremisti öldürmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG