Accessibility links

Amerikada marixuana dilemması [Video]


Ümummilli sorğularda amerikalıların əksəriyyəti marixuananın leqallaşdırılmasına tərəfdar olduqlarını deyirlər

Noyabrın 6-da keçirilən seçkilərdə federal rəsmilər marixuananın leqallaşdırılması təşəbbüslərinə susqun yanaşıblar. Kolorado və Vaşinqton ştatlarında qəbul olunan qanunların tətbiq olunması bir müddət vaxt alacaq. Ştat qanunları ilə satış, paylanma və vergi tətbiqi müəyyən edilməlidir. Narkotik vasitələrlə əlaqədar keçmiş federal rəsmilər, federal qanuna ziddiyyət təşkil edən seçki təşəbbüslərinin ömrünün çox olmayacağını deyib.

ABŞ-da marixuananın leqallaşdırılmasının tərəfdarları üçün tarixi məqam yetişib. Kolorado və Vaşinqton ştatları yetkinlik yaşında olan şəxslərin əyləncə məqsədi ilə marixuanaya sahib olması və satışını həyata keçirməsi barədə qanun layihəsini qəbul edib. Bu qanunlar hər iki ştatı narkotiklə bağlı federal qanunlara qarşı qoyur. Morqan Foks marixuana qanun layihəsinin əlaqələndirmə rəhbəridir.

“Kolorado və Vaşinqton ştatlarının əhalisi bu məsələni özləri həll etmək qərarına gəlib. Bununla da onlar qadağanın işləmədiyinin şahidi oldular.”- deyə yalihənin əlaqələndirmə rəhbəri cənab Foks bildirib.

Marixuanaya olan hazırkı qadağaları tənqid edənlər qanunların insanların narkotikadan istifadəsinin qarşısını almadığını, bunun cəmiyyətə məhkəmə xərcləri və həbs olma bahasına başa gəldiyini mübahisə edirlər. Federal Təhqiqat Bürosu hər il 750.000 insanın qanunsuz narkotik vasitə saxlanmasına görə həbs olunduğunu, 40 milyard dollardan çox cərimə toplandığını bildirir.
Narkotik Siyasəti İttifaqının milli işlər üzrə rəhbəri Casmin Tayler marixuana qadağasını 1920-ci illərdə ABŞ-da alkoqolun istifadəsini qadağan edən qanunlarla müqayisə edir.

“Bu bizim alkoqol qadağasının devrilməsi ilə gördüyümüz eyni qorxudur. İnsanlar bu qadağanın özünün əlavə ziyan törətdiyini və səmərəsiz olduğunu bilirdilər.”- deyə Narkotik Siyasəti İttifaqının milli işlər üzrə rəhbəri Casmin Tayler bildirib.

Seçkilərdən bir gün sonra, Ədliyyə Nazirliyi seçki tətəbbüslərini nəzərdən keçirdiyini deyib, lakin cavabın nə olacağını bildirməyib. Buna baxmayaraq bəyanatda narkotiklərlə bağlı federal qanunların mühafizəsinin dəyişmədiyi bildirilib.

Ekspertlər federal qanunların tətbiqinin Obama administrasiyası üçün siyasi baxımdan rahat olmayacağını bildirir. Kolorado vətəndaşlarının əksəriyyəti prezidentdən çox təşəbbüsün qəbul olunmasına səs verib. Milli səviyyədə keçirilən sorğularda amerikalıların əksəriyyətinin marixuananın leqallaşdırılmasına tərəfdar olduğunu məlum olub.

“Mənə elə gəlir ki, çox sayda seçici bunu dəstəkləyir. Ötən 10 il ərzində bu rəqəm tədricən artıb. Tibbi marixuana və marixuanaya verilən seçici sayını düşünəndə siz onları bir daha inkar edə bilməyəcəyinizi anlayırsız.”- deyə xanım Teyler bildirib.

Keçmiş narkotiklərə nəzarət rəsmiləri qələbənin qısa müddətli olacağını bildiriblər. Onlar ya Obama administrasiyasının bu təşəbbüslərin qarşısını qabaqcadan alacağını ya da qanunlarla məhkəmənin məşğul olacağını güman edir.
XS
SM
MD
LG