Accessibility links

ABŞ və Meksika-Sərhədlərarası ticarət [Video]


ABŞ və Meksika - sərhədlərarası ticarət
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Bu həftə Filadelfiyada keçirilən Demokratların Milli Qurultayında Hillari Klintonun Respublikaçılıların prezidentliyə namizədi Donald Trampın Meksika ilə sərhədə divar hörmək planlarını sərt tənqid edəcəyi gözlənilir. Arizona ştatının Tukson şəhərində sərhədə yaxın ərazidə yaşayan amerikalılar Meksika ilə sərhəddə təhlükəsizliyi təmin edərək, qonşuları ilə yaxşı münasibətlər qurmaq və ticarət əlaqələrinin daha da inkişaf etdirmək istəyirlər.

Mariposa daxili limanında insanlar kimi əmtəə malları da Meksikanın Noqales şəhəri ilə ABŞ-ın Noqales şəhəri arasında şimala və cənuba hərəkət edir.

Bir çox meksikalı viza ilə ABŞ-a keçərək burada alış-veriş edir və işləyirlər.

Lakin miqrant hüquqları müdafiəçisi, keşiş Rendi Meyer hesab edir ki, gözləmə vaxtının uzun olması və sərhəd boyu tikilən baryerlər bir çox meksikalının sərhədi keçməsinə maneələr yaradır.

“Burada sərhəd boyu ticarət və biznes demək olar ki, dayanıb və bu milyardlarla dollarlıq sənaye ciddi ziyana uğrayır,” deyə Meyer vurğulayır.

Lakin sərhədlərarası ticarət Noqalesə və hətta 100 km şimalda yerləşən Tukson şəhərinə böyük mənfəət gətirir.

Tukson Metro Ticarət Palatasının prezidenti və icraçı direktoru Mayk Verni sərhəddə təhlükəsizlik və ticarətin balanslaşdırılmasının tərəfdarıdır.

Verni deyir ki, pis insanları və pis şeyləri ölkəmizdən kənar tutmağa çalışırıq, lakin eyni vaxtda biz sərhədlərarası ticarətdə maneələrin yaranmasını istəmirik.

Varni deyir ki, meksikalıların yerli ticarətə böyük təsiri var.

Onun sözlərinə görə, Meksika vətəndaşları hər il Tukson ərazisinə gələrək otellərdə və mağazalarda bir milyard dollara yaxın pul xərcləyirlər.

Onun sözlərinə görə, ən əhəmiyyətlisi Tuksonda yerləşən sərhədlərarası layihələri və idxal-ixrac işlərini həyata keçirən korporasiyalardır.

Verni mediada sərhədlə bağlı reallığı əks etdirməyən xəbərlərin yayılmasından məyus olur.

“İqtisadi inkişaf və iş yerlərinin artması narkotik maddələr məsələləri kimi diqqəti cəlb etməsə də, biz Arizonada inkişaf edən iqtisadiyyatdan bəhrələnirik və inkişafın davamı üçün əlimizdən gələni edəcəyik,” deyə Verni bildirir.

Bir çox arizonalı amerikalı işçilərin maaşlarına mənfi təsir göstərməsini, təhsil və səhiyyə xərclərinin və cinayətlərin artmasını səbəb göstərərək qeyri-qanuni mühacirəti pisləyirlər. Seçicilər mühacirətin qarşısını almaq üçün mübarizə apardığı zaman biznes sahibləri daha yüngül tədbirlərin həyata keçirilməsi üçün təşkilatlanırlar.

Mike Varney bunun siyasətlərin sintezi, ticarət və iqtisadiyyatın ahəngi və beynəlxalq əlaqələrin qarışığı olduğunu deyir.

O, yeni sərhəd keçid məntəqələrinin açılmasının ikitərəfli ticarət və kommersiya üçün daha vədedici olacağını deyir.

XS
SM
MD
LG