Accessibility links

Meksika prezidenti Vaşinqton səfərini təxirə saldı


Meksika prezidenti Enrike Penya Nyeto Tramp administrasiyası ilə müzakirələrdən sonra qərarını açıqlayıb.

Nyeto Prezident Donald Trampın Meksika ilə sərhədlərə hasar çəkilməsinə dair sərəncamından sonra gələn həftəyə planlaşdırılan Vaşinqton səfərini təxirə salıb.

Nə qədər ki, Meksika ABŞ-a hörmətlə yanaşmır, belə bir görüş nəticəsiz qalardı və mən başqa yolu getmək istəyirəm. Bizim başqa seçimimiz yoxdur.
Donald Tramp

Trampın qərarını təəssüf hissi ilə qarşılayan Meksika lideri ölkəsinin hasara heç bir pul ödəməyəcəyini təkrar edib.

Filadelfiyada Konqres Respublikaçıları qarşısında nitq söyləyən Tramp iki liderin görüşü təxirə salmağa razılaşdığını xəbər verib. Onun sözlərinə görə Meksika divar üçün pul ödəməyəcəyi tədiqrdə belə bir səfərin nəticə verəcəyinə inanmır.

"Meksikanın prezidenti və mən qərara aldıq ki, gələn həftəyə nəzərdə tutulmuş görüşü təxirə salaq," Tramp bildirib. "Nə qədər ki, Meksika ABŞ-a hörmətlə yanaşmır, belə bir görüş nəticəsiz qalardı və mən başqa yolu getmək istəyirəm. Bizim başqa seçimimiz yoxdur."

ABŞ prezidenti Donald Tramp dünən qeyri-qanuni mühacirətin qarşısını almaq məqsədilə ölkənin cənubunda Meksika ilə sərhəddə divarın inşasına dair iki sərəncam imzalayıb. Bununla Birləşmiş Ştatlara qaçqınların daxil olmasını məhdudlaşdırmaq və Amerikanın şəhərlərinin sənədləri olmayan miqrantlardan müdafiəsi nəzərdə tutulur.

Yeni prezident mühacirətlə bağlı sərəncamlara ABŞ sərhədlərinə nəzarət etmək məsuliyyətinə malik Daxili Təhlükəsizlik nazirliyini zaiyarət edən zaman imza atıb. Qarşıdan gələn günlərdə də Trampın buna əlavə olaraq bir sıra başqa ölçülər götürəcəyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG