Accessibility links

ABŞ Milli Qvardiyası Ferqusondan çıxarılıb


Bir həftədən artıq polislə nümayişçilər arasında qarşıdurmalara səhnə olan ABŞ-ın Missuri ştatının Ferquson şəhərinin küçələrində artıq üçüncü gündür sakitlik hökm sürür.

Qaradərili silahsız gəncin ağdərili polis əməkdaşı tərəfində öldürülməsi və buna etiraz edənlərin etirazlara başlamasından iki həftə keçir.

Dünən axşam Milli Qvardiya Ferqusondan çıxarılıb.

Missuri qubernatoru Cey Nikson Milli Qvardiyanın şəhərdən çıxmasına göstəriş verərək bildirib ki, vəziyyət əvvəlk ilə müqayisədə xeyli sakitləşib və yalnız bəzi dinc nümayişlər qeydə alınmaqdadır.

Nümayişlər avqustun 9-da 18 yaşlı Maykl Braunun ölümü ilə başlayıb. Polis bildirir ki, Braun və polis zabiti Darren Uilson arasında insident yaşanıb, şahidlər isə atəşin heç bir əsas olmadan açıldığını deyir. Hazırda, istintaq sona çatanadək Uilsonödənişli məzuniyyətdədir, Braunun ailəsi və onu dəstəkləyən isə polis zabitinin dərhal həbsini tələb edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG