Accessibility links

ABŞ rəsmiləri bildirir ki, şənbə günü Mississippi ştatında torpaq sürüşməsi nəticəsində avtomobil dayanacağının çökməsi araşdırılır.

Ekspertlər bazar ertəsi Meridian şəhərində hadisə yerinə gedərək uzunluğu 122 metr, eni 10,6 metr, dərinliyi 4,5 metr olan çalada təhqiqat aparıblar.

Meridian şəhərinin İctimai Təhlükəsizlik Departamentinin direktoru Buk Roberts jurnalistlərə bildirib ki, torpaq sürüşməsinə səbəb yuyulma deyil.

Şahidlər bildirib ki, onlar şənbə günü səhər saatlarında restoranda işıqlar keçdikdən sonra güclü gurultu eşidiblər.

Hadisə zamanı xəsarət alan olmayıb. Rəsmilər torpaq sürüşməsinə son iki həftə davam edən güclü yağışların səbəb olduğunu ehtimal edir.

XS
SM
MD
LG