Accessibility links

ABŞ müdafiə naziri Qlobal Təhlükəsizlik Sammitinə qatılır


FILE - Defense Secretary Ash Carter speaks during a change of command ceremony at Peterson Air Force Base, in Colorado Springs, Colorado, May 13, 2016. Carter says says military spending legislation in Congress "undercuts stable planning and efficient use

FILE - Defense Secretary Ash Carter speaks during a change of command ceremony at Peterson Air Force Base, in Colorado Springs, Colorado, May 13, 2016. Carter says says military spending legislation in Congress "undercuts stable planning and efficient use

ABŞ-ın müdafiə naziri Eş Karter Sinqapurdadır. O, dünya ölkələrinin müdafiə nazirlərinin və yüksək rütbəli hərbi komandirlərin qatıldığı Asiyanın ən böyük illik təhlükəsizlik formunda iştirak edir.

"Shangri-La Dialoqu" kimi tanınan 3 günlük sammitə qatılan Karter şənbə günü sammitdə nitq söyləyəcək.

Bazar günü başa çatacaq müzəkirələrin əsas mövzusunun Çinin Cənubi Çin dənizində inşaat işləri olacağı güman edilir.

Ötən həftə Eş Karter Cənubi Çin dənizində əməliyyatları çərçivəsində özünütəcrid divarı” inşa etməklə Çinin təhlükədə olduğuna dair xəbərdarlıq edib.

Cənubi Çin dənizinin böyük bir hissəsində ərazi iddiası olan rəsmi Pekin keçən ildən kiçik adalarda hərbi məntəqələr tikməyə başlayıb. Bu ərazilərə Vyetnam və Filippin dövlətinin torpaq iddiaları var. Bütün hallarda 6 dövlətin hər biri dənizin təbii resurslarla zəngin olan hissəsinə yiyələnmək istəyir.

Dialoqların gündəliyində rəsmi olaraq ABŞ-Çin görüşməsi nəzərdə tutulmayıb.

Bundan başqa müzakirələrin Koreya yarımadasında olan gərginlik, ABŞ-Çin münasibətləri və Asiyada artan islamçı yaraqıə hərəkatı məsələlərini əhatə edəcəyi gözlənilir.

XS
SM
MD
LG