Accessibility links

Sərhədsiz Həkimlər Qunduz hücumuna görə beynəlxalq məhkəməyə müraciət edəcək


Sərhədsiz Həkimlər tibbi xeyriyyə təşkilatı ABŞ qüvvələri tərəfindən Əfqanistanın Qunduz şəhərində xəstəxanaya edilən hücumla bağlı müstəqil təhqiqat aparılmasına çağırıb.

Təşkilatın prezidenti Coan Lu Cenevrədə hücumun beynəlxalq qanunları pozduğunu bildirib.

Sərhədsiz Həkimlər təşkilatı 12 personalı və 10 xəstənin həlak olduğunu deyib.

ABŞ ordu generalı Con Kempell Senatın Silahlı Qüvvələr komitəsinə bildirib ki, Sərhədsiz Həkimlər təşkilatının fəaliyyət göstərdiyi xəstəxananın hədəf alınmasını əfqan qüvvələri istəyib. Əfqanıstan hərbi qüvvələri Taliban döyüşçülərinin xəstəxanadan atəş açdığını bildirib.

Kempel Pentaqonun məsələ ilə bağlı təhqiqata başladığını bildirib. Lakin Coan Lu ABŞ, Əfqanistan və NATO-nun təhqiqatlarına arxalanamayacağını deyib.

Ağ Ev sözçüsü Coş Ernest hadisəni dəhşətli faciə adlandıraraq, Birləşmiş Ştatların buna ciddi yanaşğını bildirib.

ABŞ prezidenti Barak Obama Sərhədsiz Həkimlər təşkilatının direktoruna zəng edərək, hücuma görə üzr istəyib, həlak olnalara görə başsağlığı verib.

XS
SM
MD
LG