Accessibility links

ABŞ NATO ölkələrini müdafiə etməkdə qətiyyətlidir


Bayden ABŞ-ın bütün NATO üzvləri qarşısında birgə müdafiəyə dair öhdəliyinə sadiq qalacağını deyib

ABŞ-ın vitse-prezidenti Co Bayden Amerikanın Baltikyanı ölkələrə qarşı Rusiya tərəfindən hər hansı bir təcavüz qarşısında NATO-nun öhdəliyinə sadiq qalacağını bəyan edib.

Latviya paytaxtı Riqada jurnalistlər qarşısında danışan Bayden ABŞ-ın bütün NATO üzvləri qarşısında birgə müdafiə öhdəliyinə sadiq qalacağını deyib.

“Mən buna bütün Baltik ölkələri qarşısında aydınlıq gətirmək istəyirəm. ABŞ NATO-ya və birgə müdafiəyə dair müqaviləyə sadiq qalacaq. Biz dediyimizin üstündə dururuq. Biz heç vaxt öhdəliyimizdən yayınmamışıq. Biz müqəddəs andımıza sadiqik.”

Lithuania US NATO
Lithuania US NATO

Bayden Respublikaçı prezidentliyə namizəd Donald Trampın ABŞ-ın öz maliyyə öhdəliyini yerinə yetirməyən NATO üzvlərini avtomatik olaraq müdafiə etməməsi təklifini irəli sürməsi fikrini rədd edib. Bayden ABŞ-ın NATO ilə ikitərəfli müqaviləsində alians üzvlərinin başlıca prinsip olan birgə müdafiəyə dair öhdəliyini vurğulayıb.

NATO-nun iyul sammitində üzv ölkələrin liderləri Baltikyanı ölkələr və Polşanın şərqinə yeni qoşunlar yerləşdirərək, regionda müttəfiqlərin təhlükəsizliyinin artırılması barədə razılığa gəliblər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG