Accessibility links

ABŞ prezidenti Barak Obama Çin prezidenti Xi Cinpinqlə Nüvə Təhlükəsizlik Sammiti çərçivəsində görüş keçirib.

Obama administrasiyasının rəsmisi bildirib ki, ABŞ Çin ilə Şimali Koreyanın nüvə proqramını inkişaf etdirməsini dayandırmaqla yanaşı ortaq maraqlar ətrafında danışıqlar aparıb. Rəsmi əlavə edib ki, administrasiya Çin ilə dəniz və kiber təhlükəsizlik sahəsindəki fikir ayrılıqlarına göz yummağı düşünmür.

Şimali Koreyanın nüvə təhdidi sammitin gündəmində əsas məsələ kimi yer alır.

BMT-nin Təhlükəsizlik Şurası bu ayın əvvəlində Pxenyana qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

ABŞ Çin prezidentini Şimali Koreyanın nüvə provokasiyasını dayandırmaq üçün təzyiq göstərməyə çağırıb.

XS
SM
MD
LG