Accessibility links

ABŞ ordusu hərbi əməliyyatın əfqanıstanlı həmkarlarının ölümünə və yaralanmasına səbəb olduğunu təsdiq edib


ABŞ ordusundan təsdiq ediblər ki, şənbə gecəsi Əfqanıstanın cənubunda Talibana qarşı keçirilən əməliyyatlar Əfqanıstan Təhlükəsizlik Dəstələrini üzvlərinin xəsarət almasına və ölümünə səbəb olub. Yaralanların və ölənlərin dəqiq sayı haqqında məlumat verilmir.

Rəsmi təsdiq hava hücumlarının Helmand vilayətində ən azı 8 nəfərin ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olması barədə mətbuatda yayılan məlumatlardan sonra verilib.

ABŞ ordusunun Kabildəki ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu “xoşagəlməz insident”in səbəbləri ilə bağlı təhqiqat artıq başlayıb.

Rəsmi məlumatda bildilir ki, “ABŞ və Əfqanıstan Milli Müdafiə və Təhlüsizlik Dəstələrinin birgə əməliyyatı zamanı hava hücumları Əfqanıstan Sərhəd Polisi üzvlərinin ölümü və yaralanması ilə nəticələnib.”

ABŞ dəniz piyadalarından ibarət 300 nəfərlik qrup Talibana qarşı mübarizəyə dəstək məqsədilə aprel ayında Əfqanıstana göndərilmişdi.

Talibanın ölkədə nəzarət etdiyi ərazilərin sayı artırmaqdadır. Bu, həm də ölkə ərazisində döyüşlərin intensivləşməsinə səbəb olub.

Xatırladaq ki, son həftələr ölkənin müxtəlif yerlərində, xüsusilə də paytaxt Kabildə terror hücumlarının sayı artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG