Accessibility links

ABŞ paraşütçüsü tarix yazdı


42 yaşlı amerikalını 7600 metr hündürlükdən paraşütsüz tullanma cəhdi uğurla başa çatıb

42 yaşlı amerikalı paraşütçü təxminən 8 km hündürlükdə təyyarədən paraşütsüz tullanaraq tarixə düşüb. Paraşütçü enişi xüsusi hazırlanmış tor üzərinə edib.

Veteran paraşütçü Lyuk Eykins uğurlu cəhdi digər üç paraşütçü ilə şənbə günü Kaliforniyanın “Simi Valley” bölgəsində edib.

Müəyyən hündürlükdən sonra yoldaşları paraşütlərini açaraq Eykinsi yalqız buraxıblar.

Onu müşahidə edən paraşütçülərdən biri kamera ilə çəkiliş aparıb, ikincisi Eykinsin uğurlu eniş etməsi üçün ona istiqamət verib, üçüncüsü isə oksigen balonunu saxlayıb.

Müəyyən hündürlükdən sonra onlar paraşütlərini açaraq Eykinsi yalqız buraxıblar.

İki dəqiqəlik sərbəst enişdən sonra o, əvvəlcədən hazırlanmış 30X30 metr ölçüsündə olan torun mərkəzinə düşüb.

Təyyarədən paraşütsüz tullanma kifayət qədər riskli, amma adrenalin dolu bir təcrübədir.
Təyyarədən paraşütsüz tullanma kifayət qədər riskli, amma adrenalin dolu bir təcrübədir.

Bu cəhd canlı olaraq yayımlanıb.

42 yaşlı Eykins paraşütçü olmuş atası və babasının yolunu davam etdirib. O, ilk paraşütlə tullanışını hələ 12 yaşı olarkən həyata keçirib.

Eykins kaskasında olan GPS və Toru işarə edən işıqlandırma sisteminin onun 7600 metr hündürlükdən uğurlu eniş etməsini asanlaşdırdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG