Accessibility links

Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün ABŞ-la İsrail arasında hərbi əlaqələri gücləndirəcək sənəd imzaladı. Ağ Evdə keçirilən imzalama mərasimi zamanı cənab Obama İsrailə hərbi sahədə daha 70 milyon dollar yardım ediləcəyini deyib.

Cənab Obamanın belə bir sənədi imzalaması onun Respublikaçı rəqibi Mitt Romninin İsrailə səfərindən bir gün əvvələ təsadüf edir. İsrailə səfəri zamanı baş nazir Benyamin Netanyahu ilə görüşməyi planlaşdıran cənab Romni prezident Obamanın yəhudi dövlətinə münasibətini tənqid edib.

Güman edilir ki, cənab Obama bu addımı atmaqla prezident seçkilərində Florida ştatı da daxil edilməklə, bir neçə əhəmiyyətli ştatda yəhudilərin dəstəyini qazanmağa çalışır. Belə ki, bir çox yəhudilər onun İsrailə dəstəyinə skeptik yanaşırlar.
XS
SM
MD
LG