Accessibility links

ABŞ professoru Bakıda maliyyə müəssisələrinin idarə olunması üzrə treninq keçəcək


ABŞ-ın Azərbaycandakı səfirliyi noyabrın 30-dan dekabrın 4-dək bankçılıq üzrə mütəxəssis, professor Çarlz H. Allisonu Jr. qəbul edəcək.

Professor Allison “The New School” Universitetinin İdarəetmə, Liderlik və Sahibkarlıq Proqramının rəhbəridir və həmin universitetin İcma İnkişafının Maliyyələşməsi Laboratoriyasının fakültə direktorudur.

Amerikanın Azərbaycandakı səfirliyinin məlumatına görə, professor Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq əsasında “Unibank” tərəfindən təşkil olunan “Bank-maliyyə institutlarının idarə edilməsi: Uğursuzluqlar və Gələcək” adlı tədbir çərçivəsində Maliyyə Müəssisələrinin İdarə Olunması üzrə dörd günlük treninq keçəcək. İki hissədən ibarət olan təlim həqiqi hallara istinad edərək maliyyə böhranı dövründə bank uğursuzluqlarını araşdıracaq. Təlimin ikinci hissəsi uzunmüddətli maliyyə sabitliyinə nail olmaq üçün qəbul edilmiş nizamnamələri təhlil edəcək və maliyyə sisteminin maliyyə böhranına və yeni nizamnamə mühitinə cavab olaraq necə dəyişəcəyini araşdıracaq.

Professor Allison eyni zamanda ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Universitetində də olacaq.

Professor Allison, “Məzunların Max Proqramı” çərçivəsində Azərbaycana dəvət olunub. Bu proqram çərçivəsində ABŞ hökuməti tərəfindən həyata keçirilən təhsil proqramlarının məzunları Azərbaycandakı təhsil müəssisələri ilə çalışmaq üçün öz təhsil sahələri üzrə ABŞ-da çalışan professor və yaxud elmi rəhbərlərini dəvət edir.

XS
SM
MD
LG