Accessibility links

Qorillanın saxlandığı yerə düşən uşağın anasına qarşı cinayət işi açılmayacaq


ABŞ prokuroru bildirib ki, Ohayo ştatının Sinsinati şəhərində yerləşən zooparkda kiçik uşağının qorillanın saxlandığı yerə düşdüyü üçün anaya qarşı cinayət işi açılmayacaq. İnsident heyvanın öldürülməsi ilə nəticələnib.

May ayının 28-də 180 kg çəkisi olan qorillanın ölümü ictimai qınağa çevrilib və sosial mediada ana diqqətsizliklə ittiham edilib.

Hamilton rayonunun prokuroru Co Deters deyib ki, anaya qarşı uşağı təhlükəyə atmaqla bağlı maddənin irəli sürülməsi üçün heç bir sübut aşkar olunmayıb.

Heyvanxana rəsmiləri prokurorun qərarı ilə bağlı açıqlama verməyib.

XS
SM
MD
LG