Accessibility links

ABŞ-da yay fəslinin quraq keçməsi iqtisadiyyata ziyan vurur [Video]


Amerikada quraqlığın təsərrüfata təsiri
please wait

No media source currently available

0:00 0:03:31 0:00

Mərkəzi ştatlarda yağışların yoxluğu kənd təsərrüfatına, xüsusilə də qarğıdalı təssərrüfatına mənfi təsir edib

ABŞ-ın mərkəzi ştatlarında son on illiklər ərzində quraqlığın ən pis həddə çatması dünya bazarında qarğıdalının qiymətini sürətlə yüksəldir. Avtomobil yanacağı üçün istifadə olunan etanol qarğıdalıdan hazırlandığı üçün yanacağın qiyməti daha da artıb. Bunun nəticəsində ət, süd və yumurtanın qiymətində yüksəlmə olacağı gözlənilir.

Amerikanın Ayova ştatında qarğıdalı bumu yaşanıb. on illərlə qarğıdalı təsərrüfatlı geriləyən Qalva kimi qəsəbələrdə indi yeni evlər tikilir.Yerli məktəbin yeni tikilən 400 nəfərlik incəsənət mərkəzi açılıb. Həmçinin, Alan Bennet kimi fermerlər də yeni avadanlıqlar alır.

Yerli iqtisadiyyatı dirçəldən əsas faktorlardan biri olan “Bennett” şirkətinin qarğıdalı və soya lobyası sahələri çökməyə yeni başlayıb. “Quad County Corn Processors” şirkəti öz məhsullarını etanol yanacağına çevirir. "Bennet" təsərrüfatının sahibi fermer Alan Bennett buradan bir neçə dəqiqəlik məsafədə üç etanol zavodunun fəaliyyət göstərdiyini, əvvəlki illərdə görünməmiş dərəcədə burada qarğıdalı üçün böyük rəqabətin mövcud olduğunu bildirir.

2005-ci ildə Konqresin qəbul etdiyi qanuda ABŞ-da benzinin tərkibinə etanol qatılması tələb olunur. Bunun səbəblərindən biri də ölkədə daha çox yanacaq istehsal etməkdir- deyə “Quad County”-nin meneceri Delayn Conson bildirir: “Biz yerli məhsulları istehsal etməklə Yaxın Şərqdən asılılığımız azaldırıq, biz o bölgəni qorumağa çalışdığımız üçün pul xərcləmişik.”

Hökumətin tələbləri çoxaldıqca, yerli etanolun istifadəsi çoxalıb. İndi ABŞ qarğıdalı məhsulunun ən az dörddə biri yanacağa çevrilir. İqtisadçılar bildir ki, 2005-ci illə müqayisədə qarğıdalı qiymətlərinin üç dəfə artmasının səbəblərindən biri budur.

Bil Tentinger Ayova ştatının Le Mars qəsəbəsində qarğıdalı yetişdirir. Lakin, o donuzlarını da qarğıdalı ilə yemləyir. O, müəyyən dərəcədə etanol istehsalını dəstəkləyir. O heyvanın yeyə biləcəyi qarğıdalı təlabatını ödəmək üçün artıqlaması ilə iş görüldüyünü deyir.

Builki quraqlıq dramatik şəkildə qarğıdalı təchizatını azaltdığı üçün mal, donuz və toyuqlar əvvəl olmadığı kimi qarğıdalı yeyən heyvanlarl və etanolla rəqabət aparır.Qarğıdalı qiymətləri yeni record həddə çatıb. Heyvandarlıq sənayesi yüksək qiymət artımı ilə üzləşib və bəzi ət istehsalçılarının biznesi iflasa uğraya bilər. Buna görə də heyvandarlıq sənayesi Konqresdən benzinin tərkibinə etanol qatılması qanununun ləğvini xahiş edir.

Ayova ştatından olan fermer Bill Tentinger deyir ki, əgər bu qanunun ləğvinə nail olmasalar, etanol sənayesi spirt istehsalını davam etdirəcək. Nəticədə məhsul yeyiləcək və qida sənayesində istifadə edilməyəcək.

Tentinger deyir ki, ərzağın qiyməti qalxaraq zəif iqtisadiyyatdan əziyyət çəkən istehlakçılara daha pis təsir göstərəcək.

Lakin fermer Alan Bennet qanunun ləğv olunduğu təqdirdə, bunun qəsəbə və istehlakçılara zərbə olacağını deyir. Bunun, etanol zavodlarının iflasına gətirib çıxaracağı və böyük problem olacağını deyir. O, ABŞ-ın yanacaq təlabatının 10 faizini etanolla təmin olunduğunu deyərək Amerika üçün etanol istehsalının sərfəli olduğunu israr edir.

Bu fikirlərlə Bil Tentinger razılaşır. Lakin o deyir ki, builki quraqlıq onu fərqli düşünməyə vadar edib. O indiyə qədər ərzağın, ya da yanacağın vacibliyini mübahisə edən insanlardan olmadığını deyərək, sonda vəziyyət o yerə gələcəyini bildirir.

Nə qədər ki, etanol sənayesi ABŞ iqtisadiyyatının dirəyi olacaq, mübahisələr də səngimək bilməyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG