Accessibility links

ABŞ rəsmiləri İsrailin Suriyaya hücum etdiyini bildirib


ABŞ rəsmiləri deyir ki, İsrailin qırıcı təyyarələri iyulun əvvəllərində Suriyanın liman şəhəri olan Latakiya hücum edib. Rusiyanın göndərdiyi gəmi əleyhinə raketləri hədəf alan hücum İsrailin bu il həyata keçirdiyi dördüncü oxşar hücumdur.

Rəsmilər CNN-ə və The New York Times-a bildirib ki, İsrailin hərbi dəniz donanmasına hədə törədəcəyi qorxusu ilə hücuç iyulun 5-də həyata keçirilib.

Regional media həmin gün Latakiyada güclü partlayışlar barədə məlumat versə də, hücuma görə kimin məsuliyyət daşıdığı qeyri-müəyyən idi. İsrail məlumatı nə təkzib, nə də təsdiq edib.
XS
SM
MD
LG