Accessibility links

ABŞ rəsmisi: "Rusiya ilə Suriyaya dair atəşkəs danışıqlarında irəliləyiş var"


ABŞ rəsmisinin bildirdiyinə görə, dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Cenevrədə danışıqlar zamanı Suriyada atəşkəsə gətirib çıxaracaq təkliflər üzərində irəliləyişə nail olub.

Birləşmiş Ştatlar habelə etibarlı və təxirəsalınmaz humanitar yardımın ölkədəki ehtiyac içərisindən olan bölgələrə çatdırılmasına dair razılığa da nail olmağa çalışır.

Biz hazırda razılığın əldə olunub-olunmayacağını söyləyəcək mərhələdə deyilik.

"Biz hazırda razılığın əldə olunub-olunmayacağını söyləyəcək mərhələdə deyilik" - deyə Kerrini müşayiət edən Dövlət Departamenti rəsmisi bildirib.

Müzakirələr həll olunmamış texniki məsələlərə dair danışıqlarla davam edir.

Hələb

Müzakirənin əsasını Hələbin bir daha mühasirəyə alınmaması məsələsi təşkil edir.

Kerri Cenevrəyə getməmişdən əvvəl son iki gündə bir neçə dəfə Lavrovla telefonla danışıb.

Suriyada ölkə boyu atəşkəsin əldə olunmasına dair skeptizm mövcuddur. Ancaq Dövlət Departamentinin rəsmisi dəfələrlə əsas məqsədin etibarlı atəşkəsin olunması olduğunu bildirib.

Suriyada 5 ildir davam edən müharibə ölkədə bütün infrastrukturu dağıdıb, çoxsaylı insanın ölümünə, milyonlarla insanın evlərindən didərgin düşməsinə səbəb olub.

Hərbi həll yolu yoxdur

Bundan əvvəlki gprüşlərdə hər iki lider bildirib ki, Suriyadakı vəziyyətdən hərbi çıxış yolu yoxdur.

Con Kerri deyib ki, son bir neçə həftədə baş tutan danışıqlar faydalı və məhsuldar olub. Onun sözlərinə görə, həll tapmalı olan məsələlər əsasən texnikidir və qarşıdakı günlərdən bütün fikir ayrılıqlarına son qoyulması gözlənilir.

Vaşinqton və Moskvanın yüksək səviyyəli diplomatları arasındakı müzakirələr Birləşmiş Ştatlar və Rusiyanın tərəfləri dəstəkləməsi ilə daha da mürəkkəbləşən Suriya böhranına qon qoya bilməyib.

Cənab Lavrovla görüş zamanı hər iki tərəfin istədiyi kimi, Suriyadakı İslam Dövləti yaraqlılarına qarşı hərbi əməliyyatlarda əməkdaşlıq etmək və məlumatları bölüşməklə bağlı razılıq əldə edilməsinə çalışılmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG