Accessibility links

ABŞ ordusunun ali zabiti bildirib ki, Rusiyanın Suriyaya raket göndərməsi hazırki situasiya və zaman baxımından təəssüf hissi doğurur.

General Martin Dempsi Rusiyanın Suriyaya "Gəmi öldürən" adlanan dəniz raketlərini satdığını təsdiq edən ilk ABŞ rəsmisi olub.

Birgə Qərargahlar rəisi Dempsi deyib ki, raketlər prezident Bəşar Əl-Əsədi daha da ürəkləndirəcək və Suriyadakı böhranı daha da uzadacaq.

The New York Times yazır ki, Rusiyanın bu gəmi əleyhinə raketləri əvvəlkilərdən daha təkmilləşdirilmişdir. Rusiya rəsmiləri bildirib ki, onlar müqavilə üzrə öhdəliklərini yerinə yetirir və prezident Əsədin hakimiyyətdə qalmasında heç bir maraqları yoxdur.
XS
SM
MD
LG