Accessibility links

ABŞ-ın xüsusi elçisi bu gün Şimali Koreyaya səfər edərək 15 illik islahedici icbari işə məhkum edilən Koreyalı Amerikalının sərbəst buraxılması barədə danışıqlar aparır.

ABŞ rəsmiləri deyir ki, Şimali Koreya İnsan Haqları məsələləri üzrə xüsusi nümayəndə Robert Kinq iki günlük səfəri zamanı Kennet Beanın humanitar əsaslarla azadlığa buraxılmasına çalışacaq.

Xristian missioner olar Bea noyabr ayında səyahət turu operatoru kimi ölkəyə daxil olan zaman saxlanılmışdı. Daha sonra o, ölkədəki hökuməti devirməyə cəhd ittihamı il həbs edilmişdi.

44 yaşlı Beanın ailəsi bildirib ki, onun səhhəti günbəgün pisləşir. Koreyalı amerikalı 23 kiloqram çəki itirəndən sonra əmək düşərgəsindən həbsxana hospitalına köçürülmüşdü.
XS
SM
MD
LG