Accessibility links

Respublikaçılar Partiyasının prezidentliyə ehtimal olunan namizədi Mit Romninin seçki təşviqat kampaniyası pul ehtiyatlarına gəldikdə prezident Barak Obamadan böyük ölçüdə irəlidədir.

Bazar ertəsi günü çıxan Federal Seçki Komissiyasının bəyanatında bildirilir ki, Romni və Respublikaçılar Partiyası vəsait fondlarını iyul ayında 101 miliyon dollar qaldıra biliblər. Bu göstərici ötən ay Barak Obama və Demokratlar Partiyasında 75 miliyon dollar təşkil edib.

Respublikaçıların əlində 186 miliyon dollar dərhal xərclənməyə hazır nağd pulları var, Demokratlarda isə nağd pulun miqdarı 124 miliyon dollar təşkil edir.

Sadalanan pulların cəmində xarici fəaliyyət komitələrinin, gəlirsiz siyasi təşkilatların və xarici siyasi qrupların xərclədikləri pullar nəzərdə tutulmayib.

Bazar ertəsi günü Politico veb səhifəsinin verdiyi məlumatda bildirilir ki, Avqust ayının birinci mərhələsində ən geniş Romni tərəftarı təşkilatları, Obamanın siyasi tərəftarı olan ABŞ Prioritetləri Təşkilatına nisbətdə səkkiz dəfə daha çox maliyyə vəsaitləri xərcləyiblər.

Gələn həftə Floridanın Tampa şəhərində baş tutacaq Respublikaçıların Milli Qurultayı çərçivəsində onlar rəsmi şəkildə Mitt Romnini prezident seçkilərində öz namizədləri kimi təqdim edəcəklər.
XS
SM
MD
LG