Accessibility links

Oğrular 12 qat Olimpiya medalçısının alnına silah dayayıblar

Braziliyada keçirilən Yay Olimpiya Oyunlarına qatılan Rayan Lokte və ABŞ Olimpiya komandasının digər 3 üzgüçüsü silahlı soyğuna məruz qalıb. Polis uniforması geyinən soyğunçular bazar günü Rio de Janeyro şəhərində atletlərin mindiyi taksini saxlayaraq onların pul və digər dəyərli əşyalarını əllərindən alıblar.

İnsidentdən sonra NBC kanalına müsahibəsində Lokte oğrulardan birinin onun alnına silah dayadığını və pul qabını tələb etdiyini deyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə Lokte və komanda yoldaşları Fransa Olimpiya komandasının şəhərin cənubunda yerləşən zəngin Rodriqo de Freitas rayonunda Fransa Olimpiya komandası tərəfindən qonaq edildikdən sonra taksi ilə atletlər şəhərciyinə qayıdarkən baş verib.

Atletlərdən heç biri xəsarət almayıb və oğruların tapılması üçün onlar polislə əməkdaşlıq edirlər.

Soyğunçular nəğd pulları və kredit kartlarını oğurlayıblar. Olimpiadada qazanılmış medalların heç biri oğurlanmayıb.

XS
SM
MD
LG