Accessibility links

ABŞ Rumıniyada keçiriləcək təlimlərə 300 tank göndərib. ABŞ-ın Cənubi Karolina ştatının Çarlston şəhərindəki hərbə bazadan göndərilən tanklar Rumıniyanın Konstantsa limanına çatıb.

26 saat ərzində sahilə boşaldılan tanklar daha sonra xüsusi qatarlarla Braşov rayonundakı “Çinku” poliqonuna göndərilib.

Məlumata görə, tanklar Rumıniyada avqustda keçiriləcək NATO təlimlərinə qatılacaq.

Adətən ABŞ-ın Şərqi Avropadakı oxşar fəaliyyətləri Rusiya tərəfindən sərt tənqidlərlə qarşılanır. Ancaq hələlik Kreml hadisəyə münasibət bildirməyib.

Xatırladaq ki, təxminən 2 ay əvvəl Gürcüstan ordusu Birləşmiş Ştatlar və Britaniya hərbi qüvvələri il birgə təlimlərə başlamışdı. Gürcüstanın NATO-ya üzv olmaq istəyinin əleyhinə olan Rusiya təlimləri “təxribatçı addım” adlandırıb.

Həbri manevrlərdə Birləşmiş Ştatların 650, Britaniyanın 150 və Gürcüstanın 500 əsgəri iştirak edir. Bu, Rusiya ilə 2008-ci ildə qısa müddətli müharibə aparan Qafqaz ölkəsində ən böyük hərbi təlimlərdir.

XS
SM
MD
LG