Accessibility links

ABŞ Rusiyanın hərbi addımlarına necə cavab verəcək? [Video]


Rusiya tərəfindən atılan son hərbi addımlar ABŞ və NATO-nun Avropa Raket Əleyhinə Müdafiə Sistemi ilə bağlı planlarını yenidən gündəmə gətirsə də, bu addımlara necə reaksiya verilməsi ciddi fikir ayrılıqlarına səbəb olub.

Bir qrup mütəxəssis NATO və müttəfiqlərin təhlükəsizliyi üçün raket eleyhinə müdafiənin genişləndirilməsi tərəfdarı olsa da, digər qrup Polşada tikilməkdə olan müdafiə sahəsi hazır olana qədər gözləmə mövqeyində olmağı tövsiyə edir.

Mən tövsiyə edərdim ki, daha güclü olmaq üçün biz həm ölkədaxili, həm də regional müdafiə potensialımızı artırmalı, müttəfiqlərimizlə siyasi və hərbi əməkdaşlığımızı davam etdirməliyik.

Heritec Fondunun nümayəndəsi Mikaele Dodcun fikirlərinə görə, gözləmə mövqeyi Rusiyanın siyasətində əhəmiyyətli bir dəyişikliyə səbəb olmayacaq.

“Mən tövsiyə edərdim ki, daha güclü olmaq üçün biz həm ölkədaxili, həm də regional müdafiə potensialımızı artırmalı, müttəfiqlərimizlə siyasi və hərbi əməkdaşlığımızı davam etdirməliyik.”

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin mütəxəssisi Tomas Karako bildirir ki, Rusiyanın 30 illik müqaviləni pozaraq, kruiz raketini istifadə etməsindən sonra raket eleyhinə müdafiə sistemi genişləndirilməlidir.

“Düşünürəm ki, indiki zamanda həm Polşa, həm də digər ərazilər üçün raket əleyhinə müdafiə proqramlarının dondurulması çox uğursuz addımdır. Biz plana uyğun işlərimizi davam etdirməli, tezliklə Polşadakı Redzikovo müdafiə sahəsini istifadəyə verməliyik. Biz, eyni zamanda, əlimizdə olan bütün imkanlarla yeni təhlükələrə cavab verməyə hazır vəziyyətdə olmalıyıq.”

Plauşers Fondunun prezidenti Cosef Sirinsione isə hesab edir ki, İran nüvə müqaviləsindən sonra İran tərəfindən raket hücumları təhlükəsi aradan qalxıb və bu vəziyyətdə yeni raket əleyhinə müdafiə proqramlarına ehtiyac yoxdur.

“Biz müdafiə proqramını dondurmalıyıq. Əks halda, bu NATO müttəfiqləri arasında ciddi fikri ayrılığına səbəb olacaq. Rusiyanın NATO-nu parçalamasına yardımçı olmayın. Proqramı dondurun.”

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Con Makkeyn Rusiya kruiz raketlərini istifadə etməklə Tramp administrasiyasını imtahana çəkdiyini və bu cür addımlara müvafiq cavab verilməli olduğunu düşünür.

Biz müdafiə proqramını dondurmalıyıq. Əks halda, bu NATO müttəfiqləri arasında ciddi fikri ayrılığına səbəb olacaq. Rusiyanın NATO-nu parçalamasına yardımçı olmayın. Proqramı dondurun.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcəyi halda kruiz raketlərini istifadəsi məsələsini mütləq qaldıracağını söyləyib. Bundan əlavə, Tramp ABŞ nüvə arsenalının dünyada ən güclü olmasınl təmin edəcəyini bildirib.

Plauşers Fondunun verdiyin məlumata görə hal-hazırda Rusiyanın 7,000, ABŞ-ın isə 6,800 nüvə başlığı var.

Tərəflər arasında 2011-ci ildə imzalanmış silahların məhdudlaşdırılması müqaviləsinə əsasən növbəti ilə qədər Rusiya və ABŞ nüvə silahları sayını bərabər etməli və növbəti on il ərzində bu sayı eyni miqdarda saxlamalıdır. Prezident Tramp bu müqaviləni “birtərəfli” adlandırıb.

XS
SM
MD
LG