Accessibility links

Birləşmiş Ştatlar rəsmən Rusiyanı ABŞ seçkilərinə müdaxilə məqsədilə kiber hücumlara əl atmaqda ittiham edib, hərçənd ki, rəsmilər hələlik bu addımı “kiber-müharibə” kimi qiymətləndirməkdən çəkinirlər.

Bu əməliyyatların miqyası və həssaslığına əsaslanaraq biz inanırıq ki, yalnız Rusiyanın ən yüksək rəsmi dairələri bu fəaliyyətlərə göstəriş verib.

Cümə günü yayılan bəyanatda ABŞ hökuməti əmin olduğunu bildirib ki, iyul ayında Demokrat Milli Komitəsinə edilən haker hücumunun arxasında Rusiya dayanır. Bu əməl nətcəsində sızdırılan minlərlə email Demokratların qurultayından öncə bir neçə partiya rəsmisini rüsvay etmişdi.

“Bu oğurluq və açıqlamaların məqsədi ABŞ seçki prosesinə müdaxilə etmək olub," deyə Milli Kəşfiyyat İdarəsinin Direktoru İdarəsi və Təhlükəsizlik Departamenti bildirib.

“Bu əməliyyatların miqyası və həssaslığına əsaslanaraq biz inanırıq ki, yalnız Rusiyanın ən yüksək rəsmi dairələri bu fəaliyyətlərə göstəriş verib,” bəyanatda qeyd edilir.

Kəşfiyyat rəsmiləri Rusiyanın hücumları həyata keçirdiyindən həftələrdir ki, şübhələnirdilər. Belə ki, ruslar oxşar “taktika və texnologiyalardan” Avropa və Avrasiyada istifadə ediblər.

Lakin ABŞ kəşfiyyat icması hücum mənbəyinin konkret Rusiya olması haqda “əminliklə qənaətə gəldikdən” sonra bu açqılamanı ictimailəşdirməyə qərar verib, ABŞ rəsmisi Amerikanın Səsinə bildirib.

ABŞ rəsmiləıri kiber-hücumlara Kremlin "ən yüksək" eşelonundan əmr gəldiyini deyirlər.

ABŞ rəsmiləıri kiber-hücumlara Kremlin "ən yüksək" eşelonundan əmr gəldiyini deyirlər.

ABŞ hökuməti habelə ştat və lokal səviyyələrdə seçki ilə əlaqəli serverlərə müdaxilənin aşkar olunduğunu bildirib ki, bunlar da Rusiyadan qaynaqlanır.

“Çalışırıq ki, ştat və yerli rəsmilərə səsvermə infrastrukturunu qorumağın vacibliyini maksimum səviyyədə çatdıraq,” deyə adının açıqlanamsını istəməyən ABŞ rəsmisi Amerikanın Səsinə bildirib. “Biz səsvermə prosesinin təhlükəsizliyini təmin etməliyik.”

Kreml sözçüsü ittihamları rədd edərək deyilənləri “cəfəngiyyat” adlandırıb.

XS
SM
MD
LG