Accessibility links

Birləşmiş Ştatların Rusiya və eləcə də Suriya prezidenti Bəşar Əl-Əsədi fevral ayında əldə olunan razılığa əməl etməyə çağırmasından sonra Rusiya Suriyanın Hələb şəhərində 48 saatlıq atəşkəs elan edib.

Rusiyanın Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, cümə axşamı günündən etibarən Hələb şəhərində silahlı zorakılığı və vəziyyətin stabilləşməsi üçün 48 saatlıq atəşkəs elan edilib.

Norveçdə çıxış edən ABŞ dövlət katibi Con Kerri Rusiya və Suriya hökumətini Əsəd qüvvələrinin Hələb şəhərini geri almaq üçün dəfələrlə atəşkəsi pozmaqda ittiham edib.

Kerri bildirib ki, o, hər iki tərəfin atəşkəsə əməl edə biləcəyinə inanır və Cenevrədə danışıqların baş tutması üçün bu, yeganə yoldur.

Fevral ayında əldə olunan razılıq dəfələrlə pozulub və avqustun 1-də nəzərdə tutulan siyasi keçidin başlamasında çox az proqres əldə olunub.

XS
SM
MD
LG