Accessibility links

ABŞ höküməti artıq səbrin tükəndiyini bildirirərək, Rusiyanı və Suriya prezidenti Bəşər əl-Əsədi atəşkəsi pozmamağa çağırıb.

Birləşmiş Ştatların Dövlət katibi Con Kerri Rusiya və Suriya hökumətini Əsəd qüvvələrinin ölkənin ən böyük şəhəri və UNESCO-nun dünya irsi siyahında olan Hələbi yenidən ələ keçirməyə çalışdığı zaman atəşkəsə ixtiyari əməl etməkdə ittiham edir.

“Məlumdur ki, əməliyyatların dayandırılması əhəmiyyətini itirib və risk altındadır. Bu səbəbdən ərazidə əsl atəşkəsin bərqərar olması vacibdir,” deyə Con Kerri çərşənbə Norveçin paytaxtı Osloda qeyd edib.

O daha sonra əlavə edib: "Rusiya başa düşməlidir ki, bizim səbrimiz sonsuz deyil, əksinə Əsədin məsuliyyət daşıyıb-daşıyamacağından asılı olmayaraq bizim çox məhduddur."

“Beləliklə, biz açıq şəkildə bildiririk ki, atəşkəsin necə işləyəcəyi, necə tətbiq olunacağı, hansı tərəflərə şamil olunacağı müəyyən olmadan Bəşər Əsədin hücumlarına və Rusiyanın bu cəhdləri dəstəkləməsinə kənardan baxmaq niyyətində deyilik.”

Kerri döyüşlərin davam etdirilməsinə görə Suriya müxalifət üzvlərinin də məsuliyyət daşıyacağını deyib.

Fevral ayında əldə edilmiş atəşkəsi bütünlüklə pozulub və 2016-cı il avqustun 1-ə təyin olunmuş siyasi keçidə dair danışıqlar istiqamətindədə irəliləyiş əldə olunmayıb.

2011-ci ilin martında hökümət əleyhinə üsyançıların repressiyası ilə başlayan Suriya müharibəsi 280 min insanın olümünə, milyonlarla insanın isə əsasən Avropada sığınacaq axtarmasına səbəb olub.

XS
SM
MD
LG