Accessibility links

İqtisadiyyat və səhiyyənin əsas debat mövzuları olacağı gözlənilir

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama və Respublikaçı prezidentliyə namizəd Mitt Romni milli televiziya ilə yayımlanacaq 2012-ci il president seçkiləri kampaniyası çərçivəsində çərşənbə günü keçirilməsi nəzərdə tutulan ilk debata hazırlaşırlar.

Bir neçə gün doğma ştatı Massaçusetsdə debata hazırlaşdıqdan sonra cənab Romni bazar ertəsi debatın keçiriləcəyi Kolorado ştatının Denver şəhərinə gəlib. Keçmiş qubernator onu dəstəkləyən tərəfdarlarına bildirib ki, bu debat prezidentin və onun qarşılaşacağı “ən böyük” tədbir olacaq.

Cənab Obama bazar günü debata hazırlaşmaq üçün ABŞ-ın qərb ştatı Nevadada istirahət mərkəzinə gəlib. Prezident burada kampaniya məsləhətçiləri ilə əlavə bir gün keçirəcək.

Çərşənbə günü Denver Universitetində keçiriləcək debatda əsa müzakirələr daxili problemlər üzərində cəmləşəcək. Burada iqtisadi və səhiyyə məsələləri müzakirə olunacaq.
XS
SM
MD
LG