Accessibility links

ABŞ prezidenti Barak Obama öz iqtisadi yanaşmasının növbəti dörd ildə ölkəni inkişaf etdirəcəyini bildirib.

Cənab Obama Texasın San Antonio şəhərində seçki kampaniyası çərçivəsində, növbəti dəfə seçiləcəyi təqdirdə əməkçi ailələr uğrunda mübarizəni davam etdirəcəyini deyib.

Həmçinin cənab Obama Amerikanın iş yerlərini xaricə sürükləyən şirkətlər üçün vergi fasiləsinə son qoymaq niyyətini bildirib.

Çərşənbə axşamı, eyni vaxtda Respublikaçılardan prezidentliyə namizədi Mitt Romni Pennsilvaniyanın Pitsburq şəhərində seçki kampaniyası keçirib.

Respublikaçı namizəd artan təzyiqlərə baxmayaraq 2010-cu ilin gəlir vergisini açıqlamayacağını deyıb.
XS
SM
MD
LG