Accessibility links

İkinci dünya müharibəsindən bəri ABŞ-a rəhbərlik edən heç bir prezident iqtisadiyyatda işsizliyin səviyyəsi 7.4 faizdən artıq olduğu təqdirdə təkrar seçkilərdə qələbə qazana bilməyib

ABŞ-da işsizlik səviyyəsinin yüksək olmasına baxmayaraq, oktyabr ayında əmək bazarında əlavə 171 min iş yerinin açıldığını bildirilir.

Hökumətin cümə günü verdiyi məlumatda bildirilir ki, daha çox adamın iş axtardığı bir zaman işsizlik səviyyəsi sentyabr ayı üçün göstəricilərlə müqayisədə 0,1 faiz artaraq 7.9 faiz olub.

Bu, çərşənbə günü baş tutacaq ABŞ prezident seçkilərindən öncə açıqlanmış əsas iqtisadi hesabatdır. Seçki debatlarında əsas diqqət hansı namizədin işsizlik səviyyəsini azaldaraq ölkənin tənəzzül keçirən iqtisadiyyatını dirçəldə biləcəyinə yönəlmişdi.

Sentyabr ayında ABŞ iqtisadiyyatında işsizlik səviyyəsi Barak Obamanın Ağ Evdə olduğu müddətdə ən aşağı həddə düşərək, 7.8 faiz təşkil edib. Buna qədər işsizliyin səviyyəsi ardıcıl olaraq 44 ay ərzində 8 faiz və ya daha yuxarı həddə olub. İkinci dünya müharibəsindən bəri ABŞ-a rəhbərlik edən heç bir prezident iqtisadiyyatda işsizliyin səviyyəsi 7.4 faizdən artıq olduğu təqdirdə təkrar seçkilərdə qələbə qazana bilməyib.
XS
SM
MD
LG