Accessibility links

ABŞ-da rəy sorğuları seçki nəticələrinin tez-tez dəyişdiyini göstərir [Video]


ABŞ-da rəy sorğuları seçki nəticələrinin tez-tez dəyişdiyini göstərir
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Birləşmiş Ştatlarda prezident seçkilərinə iki aydan az vaxt qaldığı bir zaman Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton ölkə üzrə keçirilmiş rəy sorğularına görə respublikaçı Donald Trampdan irəlidədir. Lakin Trampın seçkilərdə qələbə şansları arta bilər. Ekspertlərin fikrincə, noyabr seçkilərinə qədər sorğuların nəticələri bir neçə dəfə dəyişə bilər.

Bir neçə həftə əvvəl Trampın seçki kampaniyası problemlərlə qarşılaşmışdı. Lakin həmin vaxtdan etibarən respublikaçı namizəd həlledici ştatlarda bvir neçə faiz qazanmağa nail olub, deyə sorğu üzrə ekspert Tim Malloy bildirir.

Tim Malloy: “Əgər siz Florida, Şimali Korolina, Pensilvaniya və Ohayo ştatlarına fikir versəniz burada fərq olduqca azdır. Namizədlər bu ştatlarda qələbə qazanmalıdır. Kimin qalib gələcəyi bilinmir. Seçicilər anlamalıdırlar ki, bu, namizədlər arasında fərqin olduqca az olduğu bir yarışdır. Nəticələr hər gün dəyişə bilər.”

Həm Trampın, həm də Klintonun tərəfdarları var. Lakin bəzi seçicilər hələ də səslərini kimə verəcəyini bilmir. Malloy deyir ki, qarşıdan gələn debatlar, xüsusən də sentyabrın 26-da keçirilən ilk debat seçicilərin qərar verməsinə kömək edəcək.

Tim Malloy: “Biz nüvə silahları məsələsini kimin daha bacarıqla idarə edə bilməsi kimi sual verdik. Beynəlxalq böhranın öhdəsindən kim gələ bilər sualını verdik. Mühacirət- böyük problemlərdən biridir. Ailənizin qayğısına kimdaha çox qalacaq? İnsanlar bu kimi suallara fikir verməlidir. Lakin sonda debatlar əsas rol oynayacaq.”

Klinton pnevmoniya xəstəliyi ilə əlaqədar Kaliforniyadakı tədbirlərini təxirə salmalı olub. Bu, onun sağlıq durumu barədə suallar yaradıb. Lakin bunun seçki kampaniyasına təsir edəcəyi gözlənilmir.

"Ümid edirəm ki, o bunu səbəb kimi göstərməyəcək. Bu ona çox təsir göstərməməlidir.

"Hərkəs sətəlcəm xəstəliyinə tutula bilər. İnsanlar onun intensiv seçki kampaniyası aparmasına və çox az istirahət etməsinə diqqət yetirməlidir. Bu onun xalqa üçün etdiklərini göstərir. Çünki o, insanların onun ölkəsi üçün nə etmək istədiyini başa düşməsi məqsədilə olduqca çox iş görür.

Rəy sorğuları seçki kampaniyasının qısa müddət üçün istiqamətini göstərir. Hazırda əsas diqqət Trampın qadınlar, qaradərililər və ispan mənşəli seçicilərin dəstəyini qazana biləcəyi, yaxud Klintonun bu qruplar arasında üstünlüyünü saxlaya bilib-bilməyəcəyinə yönəlib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG