Accessibility links

ABŞ səfiri Abşeron Milli Parkında Yer Gününü qeyd edib


ABŞ səfiri Robert Cekuta Abşeron çimərliklərindən birində təmizlik işləri apararkən.
ABŞ səfiri Robert Cekuta Abşeron çimərliklərindən birində təmizlik işləri apararkən.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı FLEX təhsil proqramının məzunları ilə birlikdə Torpaq Gününü Abşeron çimərliklərindən birində təmizlik işlərinin aparılması ilə qeyd ediblər.

Bunun ardınca səfir Abşeron Milli Parkına gedərək «Parklarda gəzinti» kampaniyasının başlandığını bildirib. O, Azərbaycanın bütün milli parklarına getmək niyyətində olduğunu açıqlayıb. Bu kampaniya ABŞ Milli Parkları Xidmətinin yaradılmasının yüzilliyi ilə üst-üstə düşür.

R.Sekuta qeyd edib ki, milli parklar təkcə təbiətin mühafizəsi və insanların istirahəti baxımından yox, həm də gəlir əldə edilməsi baxımından vacibdir. ABŞ milli parklar sistemi hər il 30 milyon dollar gəlir gətirir.

Səfir təkcə milli parklarda deyil, həm də hər yerdə ətraf mühitin qorunmasının vacibliyini vurğulayıb. O, deyib ki, milli parka getmək və çimərliyin təmizlənməsində iştirak etməklə təbiətin qorunmasında hər kəsin rolunu xatırlatmaq istəyib.

Torpaq Günü münasibətilə keçirilən builki tədbirdə ABŞ-da təhsil almış 25 məzun və səfirliyin 15 əməkdaşı iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG