Accessibility links

ABŞ: Səudiyyə Ərəbistanına şiə alimin edamı ilə bağlı xəbərdarlıq göndərilib


Obama administrasiyası Səudiyyə Ərəbistanı rəsmilərini şiə imamın edam edilməsi ilə bağlı xəbərdarlıq edib. İmamın ölmü Yaxın Şərqdə narahatlığı artırıb və dünya boyu etirazlara səbəb olub.

“ABŞ rəsmiləri Səudiyyə rəsmilərinin Nimr əl-Nimrin edamı ilə bağılı dərin narahatlıq keçirib,” deyə Ağ Ev sözçüsü Coş Earnest bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Ağ Evin sözlərinə əlavə olaraq deyib ki, biz əl-Nimrinin edamının məzhəblərarası gərginliyin artmasına gətirib çıxaracağından narahatıq.

Dünyanın reaksiyası

Şiə icmaları əl-Nimrinin edamını hiddətlə qınayıblar. Əl-Nimri Səudiyyə Ərəbistanında hakimiyyətdə olan ailənin tənqidçilərdindən biri olub. O, 2011-ci ildə Səudiyyə Ərəbistanın şərqində baş verən etirazlarda əsas liderlərdən biri olub. Əl-Nimri 2014-cü ildə fitnə çıxarmaq və digər ittihamlara görə məhkum edilib. O, şənbə günü edam olunan 47 nəfərdən biridir.

Bu haqda xəbərin yayılmasından sonra etirazçılar Tehrandakı Səudiyyə səfirliyini yandırıblar. Sünni krallıq İranla bütün diplomatik əlaqələrini dayandırıb.

Ağ Evin sözçüsü Ernest İranın Səudiyyə səfirliyini qoruya bilmədiyi üçün narahatlığını ifadə edib. Səfirliyə hücum edən nümayişçilərdən 40 nəfər həbs olunub. İran prezidenti Həsən Ruhani bu hadisəni tamamilə yersiz adlandırıb. Lakin o, əl-Nimrinin edamını pisləyib.

Son iki gündə ABŞ dövlət katibi Con Kerri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Səudiyyə Ərəbistanının daxili işlər naziri Məhəmməd bin Salman və xarici işlər naziri Abdel əl-Cübeyr ilə yaranan gərginliyi sakitləşdirmək üçün telefonla danışıb.

Kerri həmçinin Körfəz ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığı aparmağı düşünür.

Hadisə regionda gərginliyin artdığı vaxta təsadüf edir. Ağ Ev baş verənlərin beş ildir davam edən Suriya vətəndaş müharibəsinə təsir göstərməməsi gərəktiyini deyir.

Səudiyyə Ərəbistanının BMT-dəki səfiri Abdullah əl-Muallimi bildirib ki, Səudiyyə Ərəbistanı Cenevrədə yanvarın 25-də keçiriləcək Suriya danışıqlarında iştirak edəcək. İran danışıqlarda iştirak edib-etməyəcəyini hələlik bildirməyib.

Qardaşların ittihamı

Bu arada əl-Nimrinin qardaşı Məhəmməd əl-Nimr ABŞ prezidenti Barak Obamanı Səudiyyə hökumətinə qardaşının ölümünün qarşısını almaq üçün təsir göstərə bilməməkdə ittiham edib.

Mən üzgünəm bildirim ki, Amerika hökuməti bu barədə heç bir səy göstərməyib. Lakin onlar bunun nə qədər təhlükəli və nəticəsinin necə olacağını bilirdilər.
Məhəmməd əl-Nimr

“Mən üzgünəm bildirim ki, Amerika hökuməti bu barədə heç bir səy göstərməyib. Lakin onlar bunun nə qədər təhlükəli və nəticəsinin necə olacağını bilirdilər,” deyə Məhəmməd Yahoo xəbər saytına bildirib.

Məhəmməd əl-Nimri Yahoo Xəbər portalına bildirib ki, o şəxsən ABŞ-ın Səudiyyədəki səfirliyinə qardaşının ölüm hökmü ilə bağlı Obama ilə əlaqə saxlamalarını tələb edib. Lakin bu barədə səfirlik tərəfindən bəyanat yayımlanmayıb.

Bu ilin əvvəlində şiə məzhəbinə məxsus digər iki şəxs nümayişlərdə iştirak etdiyi üçün edama məhkum edilib. Onlardan biri Məhəmməd əl-Nimrinin 17 yaşlı oğlu Əli əl-Nimridir.

Edam hələlik icra olunmayıb.

Həmin vaxt Dövlət Departamentinin sözçüsü Kirbi deyib ki, ABŞ dövləti Əli əl-Nimrinin işindən narahatdır.

Ağ Ev sözçüsü Yahoo xəbər portalında çıxan bu xəbərə münasibət bildirməyib.

Buna baxmayaraq administrasiyadan yüksək vəzifəli şəxs Yahoo Xəbər portalına email göndərərək deyib ki, biz Səudiyyə höküməti ilə Nimr əl-Nimr və Əli əl-Nimrinin işi barədə danışmışıq və Səudiyyə hökumətindən ədalətli məhkəmə aparılacağı haqda söz almışıq.

Yahoo xəbər saytının məlumatına əsasən Obama administrasiyasının rəsmiləri Səudiyyədə kütləvi edamlar və insan haqları pozuntularının diplomatik əlaqələri çətinləşdirdiyini deyib. ABŞ Səudiyyənin İŞİD-ə qarşı döyüşlərdə daha aktiv rol almasını istəyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG