Accessibility links

ABŞ rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatlar Baltikyanı və Şərqi Avropanın bir sıra ölkələrinə ağır silah və hərbi avadanlıq göndərə bilər.

Bununla rəsmilərin sözlərinə əsasən, Rusiya prezidenti Vladimir Putinə ABŞ-ın Şərqi Avropadakı NATO müttəfiqlərinin müdafiəsinə gələcəyinə dair mesaj göndərilir.

ABŞ-ın bu mümkün addımı haqda ilk dəfə mötəbər The New York Times qəzeti şənbə günü məlumat verib.

Rusiyanın keçən il Ukraynanın Krım yarımadasını ilhaq etməsi və hazırda Ukraynanın şərqində münaqişənin davam etməsi Şərqi Avropa ölkələrində narahatlıq doğurur.

The New York Times bildirib ki, Bolqarıstan, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və mümkündür Macarıstana ağır silahlar və hərbi avadanlığın göndərilməsi təklifi ABŞ-ın Müdafiə naziri Eşton Karter və Ağ Ev tərəfindən təsdiq edilməlidir.

Latviyanın Müdafiə naziri Raymond Vjonis The New York Times qəzetinə bildirib: "Əgər nəsə baş versə, biz günlər və həftələrlə hərbi avadanlıq gözləyə bilmərik. Biz dərhal reaksiya verməliyik."

Təklif təsdiq edilsə, bu, Soyuq müharibə dövründən sonra bir zamanlar Sovet İttifaqının nüfuz dairəsində bir sıra ölkələrdə ilk dəfə olaraq ağır silahların yerləşdirilməsinə gətirib çıxaracaq.

XS
SM
MD
LG