Accessibility links

ABŞ silah ixracında liderliyi saxlayır


FILE - US Navy sailors shoot M-16 assault rifles aboard the USS Arleigh Burke.

FILE - US Navy sailors shoot M-16 assault rifles aboard the USS Arleigh Burke.

ABŞ ən çox silah ixrac edən ölkə adını qoruyub saxlayır. Ötən il Birləşmiş Ştatlar digər ölkələrə, xüsusən də Yaxın Şərqə 23 milyard dollar dəyərində silah ixrac edib. Bu barədə məlumatı İHS Jane konsaltinq şirkəti özünün Qlobal Müdafiə Ticarəti adlı illik hesabatında verib.

Hesabatda qlobal müdafiə bazarının 2015-ci ildə 6.6 milyard dollar artaraq 65 milyard dollara çatdığı qeyd olunub. İxracatın 23 milyard dollara çatması 2009-cu ildən 10 milyard dollar artımın olduğunu göstərir.

Qlobal müdafiə bazarında heç vaxt 2014-2015-ci illər arasındakı artım həcmi müşayiət olunmayıb

“Qlobal müdafiə bazarında heç vaxt 2014-2015-ci illər arasında olduğu kimi artım müşahidə olunmayıb,” deyə İHS-in baş analisti Ben Muris bildirib.

Fransa silah satışlarının həcmi 2015-ci ildə iki dəfədən artıq çoxalaraq 8 milyarddan 18 milyarda çatıb. Hesabatda deyilir ki, belə davam etsə 2018-ci ildə Fransa Rusiyanı qabaqlayaraq ikinci ən böyük müdafiə ixracatçısına çevriləcək.

Qlobal silah ticarətində artım Yaxın Şərq ölkələrində artan təlabatla əlaqəlindirilir. Region ölkələri 21.6 milyard dollar dəyərində silah-sursat tədarük edib. Bunun 8.8 milyard dolları ABŞ-ın payına düşür.

Yaxın Şərqdə silahların yarıdan çoxunu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri idxal edib. Bu, qlobal səviyyədə ümumi idxalın 17.5 faizini təşkil edir və 11.4 milyard dollar həcmində müdafiə sənayesi məhsullarını əhatə edir.

Hesabatın müəllifləri müdafiə xərclərinin daha da artacağını və 2016-cı ildə 60 milyard dollar təşkil edəcəyini gözləyir.

XS
SM
MD
LG