Accessibility links

ABŞ və Cənubi Koreya Pxenyanın son nüvə sınağını müzakirə edir


Amerikanın iki uzun-mənzilli bombardmançısı Şimali Koreyanın beşinci raket sınağına cavab olaraq Quamdan Cənubi Koreyaya uçub.

ABŞ-ın B-1 bombardmançıları Cənubi Koreyada Şimali Koreya ilə sərhəddəki Demilitarizasiya edilmiş zonaya yaxın yerləşən Osan Hava Bazası üzərində alçaq hündürlükdə uçuş həyata keçirib.

Bu arada isə ABŞ və Cənubi Koreya nümayəndələri Pxenyanın son nüvə sınağını müzakirə etmək üçün Seulda görüşüblər və ölkələrinin birgə Kim Conq Un rejiminə daha böyük iqtisadi zərbə vurulmasına dair birgə öhdəliyi vurğulayıblar.

Şimali Koreya BMT-nin mart ayında dördüncü nüvə sınağına cavab olaraq tətbiq etdiyi sanksiyalara sərt reaksiya verib. Pxenyan son altı ay ərzində nüvə silahlarının inkişaf etdirilməsi səylərini artıraraq 20 raket və keçən həftə bu il ərzində presedenti olmayan ikinci nüvə sınağı keçirib.

Pxenyan 2005-ci ildə Cənubi Koreya, Birləşmiş Ştatlar, Çin, Rusiya və Yaponiynın iştirak etdiyi altıtərəfli danışıqlar zamanı iqtisadi yardım, təhlükəsizliyə dair təminatlar və diplomatik əlaqələrin yaxşılaşdırılması müqabilində nüvə silahı proqramını ləğv etməyə razılaşıb.

Lakin Şimali Koreya öhdəliklərini yerinə yetirməyib və sonrakı illərdə təkrar olaraq nüvə sınaqları həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG