Accessibility links

ABŞ və Rusiya bildirib ki, onların Suriyada sülh səyləri nəticəsində döyüşlərin getdiyi bölgələrdə nisbətən atəşkəs əldə olunsa da, problemlər hələ də qalır.

Birgə yayımlanan bəyanatda deyilir ki, Suriya rejimi və müxalifət qüvvələri arasında gedən döyüşlər nisbətən azalıb. Şimali Latakia və Şərqi Qhuta ərazilərində atəşkəs əldə olunub.

Fevral ayında qüvvəyə minən atəşkəs razılığı ciddi problemlərlə üzləşmişdi. Atəşkəsin ən çox pozulduğu yer Hələb şəhəridir. Son bir neçə həftə ərzində şəhərdə 300-ə yaxın dinc sakin həlak olub.

ABŞ rəsmiləri bildirib ki, Birləşmiş Ştatlar və Rusiya bazar ertəsi başa çatacaq atəşkəs razılığını uzatmaq üçün səy göstərəcəklər.

Bazar ertəsi keçirilən iclasda, rəsmilər deyib ki, Hələbdə döyüşlər nisbətən azalıb.

Rəsmilərin sözlərinə görə, atəşkəs razılaşmasına daxil olmayan Nüsrə Cəbhəsi terror qruplaşması regionda bəzi silahlı hücumlar həyata keçirib.

XS
SM
MD
LG