Accessibility links

ABŞ Suriyaya quru qüvvələr göndərir [Video]


ABŞ Suriyaya quru qüvvələr göndərir
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Prezident Barak Obama ABŞ-ın Xüsusi Təyinatlı Qüvvələrinin kiçik bir qrupunu İslam Dövləti qrupuna qarşı mübarizədə yerli döyüşçülərə dəstək məqsədilə Suriyanın şimalına göndərilməsinə razılıq verib. Ağ Evdən bildirilib ki, bu, onların qərarlarının dəyişməsi kimi qiymətləndirilməməlidir. Ağ Ev bu addımın sadəcə bölgədə müvəffəqiyyət əldə edən müxalifət qruplarına dəstək üçün atıldığını bildirir.

Ağ Ev rəsmisi bildirib ki, müxalif hərbi qüvvələr Suriyanın şimalında ABŞ hava hücumlarının dəstəyilə İslam Dövləti qrupuna qarşı mübarizədə müvəffəqiyyət qazanır.

Buna görə də prezident Barak Obama ABŞ-ın Xüsusi Təyinatlı Qüvvələrinin təxminən 50 üzvünü yerli döyüşçülərə təlim və məsləhət verilməsi məqsədilə bölgəyə göndərilməsinə razılıq verib.

Ağ Evin sözçüsü Coş Earnest: “Bizim strateqiyamız onların qabiliyyətini artırmaqdan ibarətdir. Beləliklə prezident əmin olmaq istəyir ki, onlara dəstək ekspertlər tərəfindən həyata keçirilir.”

Ağ Ev xüsusi təyinatlı qüvvələrin döyüş missiyasında iştirak etməyəcəyində təkid edir. Prezident Obama bunu xüsusi olaraq vurğulayıb.

Coş Earnest: “Bizim Suriyada hərbi strateqiyamız dəyişməyib. Suriyada hərbi strateqiyamızın əsas məqsədi yerli qüvvələrə öz ölkələrini qorumaq üçün hərbi qabiliyyətinin təkmilləçdirilməsi üçün dəstək verməkdən ibarətdir.”

Lakin İraqda baş verən son əməliyyatda ABŞ-ın Xüsusi Təyinatlı Qüvvələrinin döyüş missiyasında iştirak edib və bir Amerika əsgəri həlak olub.

Ağ Ev bildirir ki, bu, Əsəd rejiminə son qoymaq da daxil olmaqla uzunmüddətli strateqiyadır. Lakin ekspertlər deyir ki, rəqib ölkələr siyasi keçiddə rol oynamaq üçün diplomatik danışıqlarda iştirak edir və bu, müsbət nəticə verməyəcək.

Cessika Aşov: “Əsədi dəstəkləyən İran, Rusiya kimi ölkələr üçün danışıqlarda güzəştə getməyə heç bir səbəb yoxdur. Çünki onlar hərbi baxımdan qalib gələcəklərini hiss edir və bu hərbi dəyərləndirmə dəyişməyənədək mən diplomatik prosess əldə olunacağını gözləmirəm.”

Rusiya hava hücumlarını davam etdirir və bu hücumların İslam Dövləti qrupuna qarşı keçirildiyini iddia edir. Lakin ABŞ rəsmiləri deyir ki, Moskvanın hava hücumlarının çoxu İslam Dövləti qrupunun istinadgahlarını vurmur və Əsəd rejiminin dəstəklənməsi mahiyəti daşıyır.

AB-ınŞ daha çox hərbi təyyarəsi Türkiyədə yerləşən hərbi bazasya göndərliib. Birləşmiş Ştatlar İslam Dövləti qrupuna qarşı strateqiya işləsə, ABŞ-ın Xüsusi Təyinatlı Qüvvələrinin daha çox əsgərinin bölgəyə göndərilib-göndərilməyəcəyi ilə bağlı hələlik heç bir söz deməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG