Accessibility links

ABŞ federal hökuməti ştat rəsmilərini Suriyadan gələn qaçqınların qəbul edilməsi barədə xəbərdarlıq edərək, onların miqrantları qəbul eləmə haqqlarının olmadığını bildirib.

Qaçqınları Yerləşdirmə Departamentinin direktoru Robert Karey deyib ki, ştatlar departamentin maliyyələşdirdiyi xidmətləri qaçqınların mənşəyi, dini və gəldikləri ölkələrə görə ayıra bilməz.

İyirmidən çox respublikaçı qubernator federal hökumətin suriyalı qaçqınları yerləşdirmə planının qarşısını almağa səy göstərərək, miqrantların təhlükəsizlik riski daşıdığını deyir.

Narahatçılıqlar bu yaxınlarda Paris hücumlarında əli olduğu ehtimal edilən şəxsin Avropaya Suriyada qaçqın yoluyla gəldiyi müəyyən edildikdən sonra başlayıb.

Keçən həftə respublikaçıların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatası İraq və Suriyadan gələn qaçqınların qarşısını alacaq qərar qəbul edib. Qərarın Senatdan keçib-keçməyəcəyi hələlik məlum deyil. ABŞ prezidenti Barak Obama qərarı veto edəcəyini bildirib.

XS
SM
MD
LG